Rusiya Ermənistana qarşı hərəkətə keçir – Tarix açıqlandı

“Ermənistan-Rusiya münasibətlərində dərin böhran hökm sürür. Bunu siyasi atışmalar da sübuta yetirir”.

Globalindo.az xəbər verir ki, bunu erməni politoloq Armen Petrosyan deyib.

“Böhranın dərinləşməsinin təşəbbüskarını söyləmək çətindir. Ermənistanın təşəbbüskar olması mümkündür. Çünki Moskvanın İrəvandan gözləntiləri var. Bu gözləntilər Azərbaycanla aparılan danışıqların Rusiya platformasına keçməsi ilə bağlıdır. Amma Ermənistan məlum səbəblərə görə buna qarşıdır”.

Erməni politoloqun fikrincə, 2024-cü il qlobal dəyişikliklər baxımından həlledici olacaq və bu kontekstdə Rusiyanın aydın mövqeyi nəzərə çarpacaq.

“Əgər əvvəllər Moskva özünə qarşı yönələn bəyanatlara passiv reaksiya verirdisə, indi qəti addımlar atmağa hazırdır. Rusiya göstərmək istəyir ki, bundan sonra yalnız tərəfdaşları üçün faydalı olan sahələrdə əməkdaşlığa getməyəcək. Əgər əməkdaşlıq olacaqsa, bu, bütün tərəflərin maraqlarına xidmət etməlidir. Bu baxımdan Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Moskvanın Ermənistana qarşı daha açıq addımlar atacağını gözləmək olar. Məsələn, Rusiya Ermənistanda qazın qiymətini artıra bilər. Bu isə ciddi iqtisadi problemlər yaradacaq. Odur ki, Ermənistan hakimiyyəti uzunmüddətli perspektivə əsaslanan qərarlar verməli və mümkün riskləri idarə etməyi bacarmalıdır”, – Petrosyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az