Sülhməramlıların Qarabağdan çıxacağı tarix… – Şuşadan şad xəbər gəldi

 

Sosial şəbəkələrdə Qarabağdakı sülhməramlı kontingentin silah və hərbi texnikasının Rusiyaya təmir üçün göndərilməsi haqda görüntülər yayıldı. Bu, ictimaiyyətdə müzakirələrə səbəb olub. Bir çoxu sülhməramlıların bu ay Azərbaycan ərazisini tamamilə tərk edəcəyini iddia edir.

Doğrudanmı sülhməramlılar Qarabağı tərk edir?

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, rus kontingentinin noyabrda Azərbaycan ərazilərini tərk edəcəyi real deyil:

“Mən hazırda Şuşa-Laçın ərazisindəyəm. Rus sülhməramlılarının olduğu postlara bir-bir baxmışam, amma heç bir fəaliyyətlərini görmədim. Onlar tamamilə formal fəaliyyət göstərirlər. Bir neçə ləğv edilmiş post da açıq şəkildə, gözlə müşahidə olunur. Görünür, rus kontingenti haradasa gələn ilin ortalarından sonra Azərbaycanda fəaliyyətini dayandıracaq”.

Zaira Akifqızı
Globalinfo.az