Ronaldonun bu hərəkəti gündəm oldu – VİDEO

Dünən “Globe Soccer” mükafatlandırma mərasimində iştirak edən Kriştianu Ronaldo etdiyi hərəkətlə gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, məşhur futbolçu mükafatın kimə veriləcəyini sorğulayan aparıcıya əli ilə Erling Haalandı işarə edərək “ona verin” deyib.

O, bu hərəkəti ilə həm də bir neçə gün öncə  “İlin ən yaxşı futbolçusu” nominasiyasına layiq görülən “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messiyə də eyham edib.