Portuqaliyalı superulduz Kriştiano Ronaldo peşəkar futbolçu kimi karyerasının son mərhələsinə yaxınlaşdığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, 41 yaşlı hücumçu “Vogue” jurnalına müsahibəsində hazırkı mövsümün futboldakı son ili ola biləcəyini bildirib. Ronaldo karyerasını başa vurmazdan əvvəl futbola böyük iz qoymaq istədiyini vurğulayıb.
Beşqat “Qızıl top” sahibi olan futbolçu bununla yanaşı, futbolda ən məhsuldar bombardirlərdən biri kimi tarixə düşüb.
Ronaldonun açıqlaması onun cari mövsümün sonunda peşəkar karyerasını başa vuracağı ehtimalını yenidən gündəmə gətirib.