Roma Papası əməliyyat olundu

Roma Papası Fransisk qarın nahiyəsindən əməliyyat olunub.

Globalinfo.az “Reuters”ə istinadən xəbər verir ki, əməliyyat Roma klinikasında keçirilib və 3 saat davam edib.

Məlumata görə, o, tam sağalana qədər daha bir neçə gün xəstəxanada qalacaq.

Xatırladaq ki, Papa Fransisk martın 29-da da Romada xəstəxanaya yerləşdirilmiş, aprelin 2-də evə buraxılmışdı. Həkimlər ona respirator infeksiyası diaqnozu qoymuşdu.