Rəisinin tapılması: tumanlarını başlarına çəkənlər… – VİDEO

Aqşin Evrən yazır…

Tarixin “fəlakət zənciri”nə çevrilmiş helikopter qəzalarına bir halqa da əlavə olundu – İbrahim Rəisi analoji hadisədə həlak oldu.

“Helikopter qəzası” – Azərbaycan xalqı üçün bu ifadənin nə demək olduğunu Qarakənddən Qaraheybətə qədər hamı bilir.

Bu qaradan da qara ifadə dövlət xadimlərimizi, peşəkar hərbçilərimizi alıb bizdən.

Bu baxımdan helikopter qəzasının yaddaşımızda ağır, travmatik məzmun daşıdığını deyə bilərik.

Amma görün nə olub…

Faciənin miqyası qalıb kənarda, bəziləri Rəisinin tapılmasında Türkiyənin rolunun olmasına dair iddiaları təkzib etmək üçün dəridən-qabıqdan çıxırlar.

Sosial şəbəkələrdə “Ayyəə qoymayın, deyirlər, “Akınçı” tapıb Rəisinin yerini, qoymayın, Türkiyə yenə önə çıxdı, vaxsey, evimiz yıxıldı” janrında şüvənlik baş alıb gedir.

Bəziləri tumanlarını başlarına çəkib yazırlar ki, “yox e, Rəisinin tapılmasında Türkiyənin “Akınçı” PUA-ları iştirak etməyib”.

Adama deyərlər, ay vaxseyşünas, bunun söhbətə nə dəxli?! Səni ağrıdan nədir? Türkiyənin adının yaxşı bir şeydə hallanması səni niyə yandırır? Bu nə türk düşmənçiliyidir?

Belələri özlərinə müsəlman deyir…

Sən müsəlman olsan, düşünərsən ki, Türkiyə kimi müsəlman ölkəsinin hərbi-texnoloji baxımdan inkişaf etməsinə yalnız sevinmək lazımdır.

Sən müsəlman olsan, düşünərsən ki, Qərbin İranı prosesdə tək qoyduğu vaxtda Türkiyə axtarışlara yüksək səviyyədə qatıldı, dost əlini uzatdı.

Müsəlman olsan, düşünərsən ki, Türkiyənin texnoloji baxımdan inkişafı, güclənməsi həm də Azərbaycanın, İranın gücüdür.

Müsəlman olsan… sən bu gedişlə müsəlman ola bilməyəcəksən.

Sən nəinki müsəlman, heç azərbaycanlı da deyilsən: sadəcə, beyni xəstə ideologiya ilə yuyulmuş manqurtsan.

Sən nəinki islam dinini, heç insan dinini də mənimsəyə bilməmisən.

Türkiyənin hərbi-texnoloji cəhətdən güclənməsi bir erməniləri narahat edir, bir də sənin kimiləri. İndi de görək, sənin ermənilərdən nə fərqin oldu?

Rəisinin helikopterinin düşdüyü yeri “Akınçı”nın tapdığı görüntü ilə sübuta yetirilib. Beyni olan insan Türkiyə kimi belə inkişaf etmiş texnologiyaya malik güclü ölkənin qonşusu, dostu olmağın üstünlüyünü anlayar.

Sən anlamırsan və tumanını başına çəkib yalan danışırsan. Amma gec deyil, o tumanını öz təslim bayrağın kimi havaya qaldır və Türkiyənin üstünlüyünü qəbul et!

Globalinfo.az