Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da…

İran Türkiyənin dəniz və havada axtarış-xilasetmə üçün məsuliyyət daşıdığımız ərazimiz daxilində olan ölkədir. Bu səbəbdən də biz bütün hava və dəniz vasitələrinin siqnallarını izləyirik.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.

“Helikopterin siqnal verib-vermədiyini izlədik, bunun ardından dərhal İran tərəfi ilə əlaqə saxladıq. Belə qənaətə gəldik ki, helikopterdəki siqnal sistemi ya sönmüşdü, ya da yox idi”, – nazir bildirib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.