Rəisinin helikopteri belə tapıldı – Yeni açıqlama

“Rəisiyə məxsus helikopterin axtarışları bütün gecə davam edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə İran hökumətinin açıqlamasında qeyd olunub.

Bildirilir ki, axtarışların uzun müddət davam etməsinə səbəb qatı duman və çətin relyef olub.

“Rəisinin qəzaya uğradığı helikopterin axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib. Qəza yerini İranın PUA-sı müəyyənləşdirib. Axtarışları İran Silahlı Qüvvələrinin Baş Qərargahı aparıb”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, helikopterin yerini Türkiyənin “Akınçı” PUA-sının tapması bir çox mənbələrdə təsdiqlənmişdi.

Müşviq Tofiqoğlu
Globalinfo.az