Nyu-York meri Zöhran Mamdaninin son addımı gündəm olub.
Globalinfo.az xəbər verir ki, o, 2026-cı il Dünya Kubokunun yarımfinalını həbsxanada məhbuslarla birlikdə izləyib.
Belə ki, mer məşhur “Raykers” həbsxana kompleksinə baş çəkib.
Məlumata görə, nümunəvi davranışlarına görə mükafatlandırılan 100-dən çox məhbusa oyunu izləmək imkanı yaradılıb. Onlar üçün idman zalında böyük proyektor quraşdırılıb, iaşə şirkəti isə müxtəlif qəlyanaltılar təqdim edib.
Mamdani tədbirdə iştirak edərək məhbuslarla söhbət edib.
“Bu insanlar Nyu-York sakinləridir. “Raykers”dən azad olunduqdan sonra da Nyu-York sakini olaraq qalacaqlar”, – deyə şəhər meri bildirib.
Qeyd edək ki, Argentina ilə İngiltərə arasında keçirilən yarımfinal oyunu iyulun 15-də baş tutub.
Əliyar Xəlil
Globalinfo.az