İran 5 aprel görüşündən dərhal sonra Paşinyanı… – Yeni detal

“İran Prezidenti İbrahim Rəisi yaxın zamanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “168” nəşri çıxış edib.

Nəşr bildirir ki, Rəisi Paşinyanla əlaqə saxlayaraq görüşün İran-Ermənistan sərhədində keçirilməsini razılaşdırıb.

Məlumata görə, əslində iki ölkə rəhbəri arasında bu görüşün aprelin 5-i Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında aparılan danışıqlardan dərhal sonra baş tutması planlaşdırılıb. Lakin İsraillə İran arasında gərginlik səbəbi ilə bu təxirə salınıb.

Yaxın zamanda Tehranın görüşün gerçəkləməsi üçün yenidən İrəvana müraciət etdiyi bildirilir.

Nəşr yazır ki, artıq sərhəddə keçiriləcək görüş üçün hazırlıq başlayıb. Müzakirə mövzusu isə Nikol Paşinyanın Brüssel görüşündə iştirakı və Azərbaycanla sərhəddə aparılan delimitasiya prosesi olacaq.

Ayşən Mustafa
Globalinfo.az