
“Almaniyanın xarici işlər naziri Annalena Berbokun rəyi kansler Olaf Şoltsun Ukraynaya “Taurus” raketlərinin tədarükü ilə bağlı qərarına təsir etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu hökumət sözçüsü Steffen Hebestreit deyib.
Qeyd edək ki, Berbok “ARD” telekanalına müsahibəsində uzunmənzilli raketlərin Ukraynaya ötürülməsi və Rusiya ərazisində istifadə edilməsi ideyasını dəstəkləyib.
Hökumət sözçüsü vurğulayıb ki, Şoltsun bu məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
“Federal kansler bu məsələdə aydın mövqe tutub və onun qərarı qüvvədə qalır”, – deyə Hebestreit vurğulayıb.
Hökumət sözçüsü daha əvvəl bildirib ki, ABŞ və Böyük Britaniyada Rusiya ərazisinə zərbələr endirməklə bağlı aparılan müzakirələr Almaniyanın silahlarına aid deyil.
Müşviq Tofiqoğlu
Globalinfo.az