Rəisi çağırış etdi: “İsraili cəzalandırmalıdır ki…”

İran prezidenti İbrahim Rəisi beynəlxalq məhkəmələri İsraili Qəzzadakı hərbi əməliyyatlar zamanı atdığı addımlara görə cəzalandırmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, Rəisi bu barədə Şri-Lanka prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Beynəlxalq məhkəmələr İsraili cəzalandırmalıdır ki, heç kim müharibə cinayətlərinə cəsarət etməsin”.

Raisi Qəzza zolağının bombardman edilməsinin tezliklə dayandırılmasının və Fələstin xalqına yardımın göstərilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Cənubi Afrika 2023-cü ilin dekabrında soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın pozulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldırıb.

Əliyar Xəlil
Globalinfo.az