Rəfsancaninin qızının cəzası bəlli oldu

İran parlamentinin keçmiş deputatı Faeze Haşemi Rəfsancani 5 il həbs cəzasına məhkum edilib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı onun vəkili Nida Şəms yayıb.

O, F.Rəfsancaninin əhalini nümayişlərə çağırmaqda ittiham edildiyini bildirib.

Qeyd edək ki, Faeze İranın eks-prezidenti Əli Əkbər Rəfsancaninin qızıdır. O, sentyabrın 27-də həbs edilmişdi. Faeze İran hakimiyyətinin əsas tənqidçilərindən sayılır. Bundan öncə də o, bir neçə dəfə həbs edilib.

Gülnar Səlimova
Globalinfo.az