lale babayeva

“Bakı Metropoliteni” QSC-nin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxarılıb.

Globalinfo.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.

Qeyd edək ki, 6 il əvvəl Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı”, deyə o, qalmaqallı şərhində bildirmişdi.

80e925c9c4b46ae12febc76eefbb7d8d 782fc863 6c0f 42cd ab36 73f5b5438fec

Onu da qeyd edək ki, Lalə Babayeva 2015-ci ildən “Bakı Metropoliteni” QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Zaur Babayev əvvəllər “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində çalışıb. O, “Bakı Metropoliteni” QSC sabiq sədri Zaur Hüseynovla birlikdə çalışıb və yaxın dostluqları ilə tanınırlar.

 

 

Paylaş: