Quterreş Zirvə görüşünün iştirakçılarına müraciət ünvanladı

BMT baş katibi Antoniu Quttereş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünün iştirakçılarına müraciət ünvanlayıb.

Globalinfo.az bildirir ki, onun müraciətini BMT nümayəndəsi Tatyana Valavaya oxuyub.

Antonio Quttereş müraciətində bildirib ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana təşəkkür edir: “İllər keçdikcə beynəlxalq platformalarda Qoşulmama Hərəkatının rolu artır. 21-ci əsrdə Qoşulmama Hərəkatının çoxtərəflilik baxımından əhəmiyyəti daha da artır. Davamlı inkişaf, iqlim dəyişikliklərinə qarşı mübarizə tədbirləri və sülhü qorumaq üçün tədbirlər görüb. Pandemiya dünyada hər kəsə təsir göstərib, 6,5 milyon insan dünyasını dəyişib, bərabərsizliyi daha da artırıb. Pandemiya eyni zamanda, işsizliyə də böyük təsir göstərib, qadınlar, gənclər işsiz qaldılar. Pandemiya sarsıdıcı təsirə malik olub”.

Qeyd edilib ki, insan kapitalı aşağı olan ölkələrə pandemiyaya daha mənfi təsir göstərib: “Bərpa tədbirlərini effektiv etmək istəyiriksə, qlobal idarəetmə sistemində müdaxilə etməliyik. Biz qlobal idarəetmə arxitekturasını elə qurmalıyıq ki, çoxtərəfli platformalar öz mandat və səlahiyyətləri çərçivəsində işləri görə bilsinlər və Dayanıqlı İnkişaf Məqsədləri üçün tədbirlər görə bilsinlər. Beləliklə, Qoşulmama Hərəkatının üzv sayına görə çoxtərəfli əməkdaşlığın gücləndirilməsində mühüm rol oynamaq imkanı var”.

BMT Baş katibi nəzərə çatdırıb ki, Qoşulmama Hərəkatının Parlament şəbəkəsi və Azərbaycan Prezidentinin parlamentlərarası əlaqələrin gücləndirilməsi istiqamətində təşəbbüsü təqdirəlayiqdir.