Vuqar Qurbanov1

Xəbər verdiyimiz kimi, TƏBİB-in sədri Vüqar Qurbanovun vəzifədən azad olunması barədə xəbərlər yayılıb. Bu qərar ictimaiyyətdə müzakirələrə səbəb olub. Onun vəzifədən getmə səbəbləri nə ola bilər? Başqa vəzifəyə təyin olunması mümkündürmü? Bu dəyişiklik son günlər intensivləşən kadr dəyişiklikləri ilə əlaqədardır?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Vüqar Qurbanovun vəzifədən getməsi barədə rəsmi təsdiq və ya təkzib yoxdur:

“Ümumiyyətlə, bu məsələyə sistemli yanaşmaq lazımdır. Səhiyyə Nazirliyinin və ayrıca TƏBİB-in olması doğru deyil, bu, ikitirəlik yaradır.

Qurumlar sanki bir-biri ilə rəqabət aparır və nəticədə vətəndaş ziyan çəkir. Buna görə  də şəxslərin dəyişməsi bir məsələdir, amma əsas odur ki, sistemli yanaşma dəyişsin. Ya TƏBİB mövcud olmalıdır, ya da Səhiyyə Nazirliyi. İkisinin eyni sahəni idarə etməsi məntiqli deyil”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: