Qarabağda telefonlara gələn sirli mesaj – Ermənilər qorxuda

Qarabağdakı silahlı terrorçular telefonlarına gələn mesaja görə qorxuya düşüblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, sözügedən mesajlar Xankəndidə təşvişə səbəb olub. Separatçılar bildiriblər ki, mesajların bəzilərində “Qarabağ Azərbaycandır!”, bəzilərində isə “0044” və “4452” yazıları əks olunub.

Onlar bu rəqəmlərin 44 günlük müharibə və Azərbaycan xüsusi təyinatlıları ilə bağlı eyham olduğunu deyiblər.

Separatçı rejim əhaliyə çağırış edərək, narahatlığa əsas olmadığını deyib.

Mesajların kim tərəfindən, hansı məqsədlə göndərildiyi bəlli deyil.

Tamerlan Yayaqan
Globalinfo.az