“Azərbaycan və Ermənistan arasında münasibətlərin gələcəkdə daha da yaxşılaşacağına ümid edirəm”.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Litva Prezidenti Qitanas Nauseda Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“Ümid edirəm ki, iki ölkə arasında münasibətlər gələcəkdə daha da yaxşılaşacaq. Azərbaycanla münasibətlərimiz hər zaman çox yaxşı olub və biz Qafqazın hər iki ölkəsinə münasibətdə həmişə balanslaşdırılmış yanaşma nümayiş etdirməyə çalışmışıq. Prezident İlham Əliyevlə şəxsi münasibətlərim çox yaxşıdır. Ümid edirəm ki, bu gün onunla görüşmək və bəzi ikitərəfli məsələləri, eləcə də Avropa perspektivlərini müzakirə etmək imkanım olacaq. Çünki bilirəm ki, Azərbaycanın da Avropa İttifaqına yaxınlaşmaqla bağlı müəyyən ambisiyaları var. Ümid edirəm ki, hər şey mümkündür. Hər şeyə nail olmaq olar. Mənim ölkəmin təcrübəsi də göstərir ki, bu, mümkündür”, – deyə o qeyd edib.