Türkiyənin Somaliyə 15 min hərbçinin göndərəcəyi ilə bağlı məlumatlar əsassızdır.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Somalidə fəaliyyət göstərən Somali-Türkiyə Birgə İşçi Qüvvələri və Hava Komponentləri Komandanlığı hərbi yardım, təlim və məsləhət xidmətləri vasitəsilə ölkənin terrorla mübarizə imkanlarının artırılmasına dəstəyini davam etdirir.
“Somali tərəfinin müraciəti əsasında Türkiyənin 15 min hərbçi göndərməsi ilə bağlı yayılan məlumatlar isə əsassızdır”, – nazirlik vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az