“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeydanın karyerasını başa vuraraq Ağdam klubunda skaut və ya məşqçi kimi fəaliyyətə başlaması ilə bağlı yayılan iddialar əsassızdır.
Globalinfo.az xəbər verir ki, bunu Teleqraf-a klubun baş direktoru Əmrah Çelikel deyib.
O, bir neçə gün əvvəl Bakıya səfər edən 37 yaşlı braziliyalı yarımmüdafiəçi ilə bağlı məlumatları təkzib edib:
“Bildiyiniz kimi, Riçardın peşəkar karyerası hələ də davam edir. O, futbolçudur. Hər birimizin sevimlisi və dəyərli keçmiş oyunçumuzdur. Hazırda skaut kimi fəaliyyəti yoxdur. Dediyiniz məsələ də müzakirə olunmur”.
Qeyd edək ki, Riçard Almeyda 2025-ci ilin fevralında “Qarabağ”dan ayrılıb və hazırda Braziliyanın “XV Piracicaba” klubunun futbolçusudur. 2012-2018, 2019 və 2021-2025-ci illərdə “Qarabağ”da çıxış edən Almeyda 376 matçda 64 qol vurub.