Məlumatda bildirilib ki, 2026-cı ilin yanvar-iyun aylarında qida məhsullarının ümumi daşınmasında da artım qeydə alınıb. Bununla yanaşı, eyni dövrdə tranzit rejimdə daşınan qida məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.ADY qeyd edib ki, əldə olunan nəticələr ölkə üzərindən tranzit yükdaşımalarının genişləndiyini və qida məhsullarının daşınmasına tələbatın artdığını göstərir.