Qəzzada döyüşlər nə qədər davam edəcək – İsrail açıqladı

“Qəzzada döyüşlər ən azı daha 7 ay davam edəcək”.

Globalinfo.az xəbər verir ki. bunu İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbi deyib.

O bildirib ki, İsrail əsgərləri Qəzza ilə Misir arasındakı sərhəddə yerləşən bufer zona olan Filadelfiya dəhlizinin 75 faizinə nəzarət edir.

“İsrail ordusu Qəzzanın daxilində Filadelfiya dəhlizinin 75 faizinə nəzarət edir. Mən inanıram ki, zamanla dəhlizə tam nəzarət edəcəyik. Biz misirlilərlə birlikdə silah qaçaqmalçılığının qarşısının alınmasını təmin etməliyik. Odur ki, Qəzzada döyüşlər ən azı 2024-cü il boyunca davam edəcək”, – deyə Haneqbi vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az