Qərb Ermənistanı Türkiyənin himayəsinə verir – Sensasion iddia

 

“Münhen Təhlükəsizlik Konfransının Ermənistan üçün heç bir perspektivi yoxdur. Çünki biz Qərb üçün lazımsız baş ağrısına çevrilmişik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

“Qərbin təsəvvürünə görə, Ermənistanın yeri Türkiyənin himayəsi altında olmaqdır. Başqa sözlə, Qərbə görə, bizim təhlükəsizliyimiz və perspektivimiz düşmənimizlə qarşılıqlı anlayış tapmaqdan keçir. Əminəm ki, Ermənistana alternativ təhlükəsizlik modeli təklif edilmir və bundan sonrakı formatların heç birində də edilməyəcək” – deyə o bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyanın konfransa öz hakimiyyətinə zəmanət almaq üçün gedib:

“Məncə o, qeyri-rəsmi görüşlər üçün konfransa gedib ki, avropalıları Rusiyaya qarşı gələcək konfliktdə hakimiyyəti üçün zəmanət alsın. Onun hakimiyyəti əvvəldən Rusiya və İrana münasibətdə düşmən xarakterli olub. İndiyə qədər baş verən prosesləri nəzərə alsaq, Nikol Qərbin Ermənistanın zərərinə olan istənilən təklifi və tələbinə razılıq verəcək”.

İlkin
Globalinfo.az