Qərar verildi: İsrail və HƏMAS gələn həftə danışıqlara başlayacaq

“İsrail və HƏMAS arasında girovların azad edilməsi ilə bağlı danışıqlar gələn həftə bərpa olunacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsinə dair razılığa gəlmək üçün İsrail və HƏMAS arasında vasitəçilik danışıqları gələn həftə davam etdirilməlidir.

Danışıqların bərpası barədə qərar Mossad və MKİ rəhbərlərinin, eləcə də Qətərin baş nazirinin görüşündən sonra  qəbul edilib.

“Görüşün sonunda vasitəçilər Misir və Qətərin irəli sürdüyü yeni təkliflər əsasında və ABŞ-ın fəal iştirakı ilə gələn həftə danışıqlara başlanması qərara alındı”, – deyə mənbə bildirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az