Qənirə Paşayevanın son durumu açıqlandı – YENİLƏNİB

Milli Məclisin deputatı Qənirə Paşayevanın vəziyyəti açıqlanıb.

Mərkəzi Klinik Xəstəxanadan Globalinfo.az-a bildirilib ki, Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir:

“Aparılan kompleks müalicəyə baxmayaraq ümumi vəziyyəti ağır olaraq qalır”.

***09:32

Millət vəkili Qənirə Paşayevanın müalicəsi davam etdirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Trend-ə millət vəkilinin yaxınları deyib.

Qeyd edilib ki, Q.Paşayevanın vəziyyəti orta stabil olaraq qalır.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bazar günü komaya düşüb. Q.Paşayeva Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda orada müalicəsi davam etdirilir. Deputatın dərmandan komaya düşdüyü bildirilir.