Lider “Zirə” bu mövsüm elitaya qayıdan “Araz-Naxçıvan”ın qonağı olub.
Birinci hissədə qapılara yol tapmaq mümkün olmayıb. Qarşılaşmanın taleyini fasilədən sonra vurulan yeganə qol həll edib. Nuno Rodriges 78-ci dəqiqədə komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.
Bu nəticə ilə “Araz-Naxçıvan” xallarının sayını 13-ə yüksəldib. “Zirə” isə artıq “Qarabağ”la eyni xala (16) malikdir.
***
Azərbaycan Premyer Liqasında VIII turun oyunları davam edir.
Globalinfo.az xəbər verir ki, günün ilk görüşü Gəncədə keçirilib.
“Kəpəz” öz meydanında “Qəbələ”yə 1:0 məğlub olub.
Bu qalibiyyət sayəsindən xallarının sayını 7-yə çatdıran “qırmızı-qaralar” sonuncu pillədən qurtulub. Əvəzində “Kəpəz” hesabındakı 5 xalla autsayder mövqeyinə düşüb.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Araz-Naxçıvan” – “Zirə” oyunu ilə yekun vurulacaq. Əvvəlki matçlarda “Qarabağ” “Sumqayıt”ı 5:0, “Neftçi” “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib, “Səbail”lə “Sabah” (2:2) bərabərə qalıblar.