“Qəbələ” qalib gəldi, “Zirə” uduzdu

“Zirə” doğma meydanda “Turan Tovuz”u qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Globalinfo.az  xəbər verir ki,Bununla xallarını 32-yə çatdıran “Turan Tovuz” 6-cı pillədəki mövqeyini möhkəmlədib. 42 xalı olan “Zirə” isə 5-ci yerdə qərarlaşıb.

***

Azərbaycan Premyer Liqasında XXXII turun daha bir görüşü baş tutub.

Globalinfo.az xəbər verir ki, bir neçə gün əvvəl ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçında üz-üzə gələn “Qəbələ” və “Səbail” komandalar bu dəfə çempionat görüşündə qarşılaşıblar. Meydan sahibləri rəqibinə 4:2 hesabı ilə qalib gəlib.

Bununla xallarını 48-ə çatdıran “Qəbələ” 4-cü pillədəki mövqeyini gücləndirib. 22 xalı olan “Səbail” isə sonuncu – 10-cu sırada qalıb.