Qarabağda iki qrupun davası: Bakı helikopteri vuracaq!

“Helikopterlər yalnız rusiyalılar üçün işləyir (Gorusdan Qarabağ istiqamətinə – red.), ancaq onların yükqaldırma qabiliyyəti o qədər deyil ki, hər kəsi ərzaqla təmin edə bilsin”.

Globalinfo.az xəbər verir ki, bu barədə Qarabağda yaşayan “hüquq müdafiəçisi” Geqam Stepanyan deyib.

“Burada yanaşma problemi var. Əhalinin dinc yaşayışını təmin etməli olan sülhməramlıların yalnız özlərini düşünməsi absurddur. Erməni tərəfi bu cür addım ata bilmir, çünki bu helikopterlər yüz faiz vurulacaq”, – o bildirib.

Qeyd edək ki, artıq Qarabağdakı separatçılar rus sülhməramlılarla ərzaq davasına başlayıblar.

Tamerlan Yayaqan
Globalinfo.az