“Qarabağ” və “Sabah” qalib gəldi

“Sabah” səfərdə “Zirə”yə qalib gəlib.

Qonaqların heyətində 52-ci dəqiqədə Davit Volkov və 62-ci dəqiqədə Coy Lens Mikels fərqlənib: 2-0.

Bu qələbə ilə xallarını 62-yə çatdıran “Sabah” 2-ci pillədəki mövqeyini qoruyub. 37 xalı olan “Zirə” isə 4-cüdür.

***

Azərbaycan Premyer Liqasında növbəti tura start verilib.

Globalinfo.az xəbər verir ki, “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşıb.

Görüş qonaqların 6-0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 71-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. 21 xalı olan “Sumqayıt” isə 7-ci pillədə qalıb.

Günün son qarşılaşmasında “Zirə” “Sabah”ı qəbul edəcək.