WhatsApp Image 2026 01 29 at 02.30.43

Qarabağ” – “Liverpul” qarşılaşması rəqibin 6-0 hesablı üstünlüyü ilə başa çatıb. 

***01:48

“Liverpul” top fərqini 6-ya çatdırıb. 

Globalinfo.az xəbər verir ki, 90-cu dəqiqədə Federiko Kyeza 6-cı qolu vurub.

***01:20

“Liverpul” hesabına 5-ci qolu yazdırıb.

Globalinfo.az xəbər verir ki, Mak Allister 61-ci dəqiqədə komandasının 5-ci, özünün isə oyunda ikinci qolunu vurub.

***

“Liverpul” hesabına 4-cü qolu yazdırıb. 

Globalinfo.az xəbər verir ki, qolun müəllifi 57-ci dəqiqədə Ekitike olub.

***

Qarabağ” – “Liverpul” qarşılaşmasının ikinci hissəsi rəqibin qolu ilə başlayıb. 

Globalinfo.az xəbər verir ki, oyunun Muhamməd Salah 50-ci dəqiqədə qarşılaşmanın üçüncü qoluna imza atıb.

***

Qarabağ” – “Liverpul” qarşılaşmasında birinci hissə başa çatıb. 

Globalinfo.az xəbər verir ki, rəqib komanda fasiləyə 2-0 üstünlüklə yollanıb.

**00:21

“Liverpul” ikinci qoluna imza atıb. 

Globalinfo.az xəbər verir ki, qolun müəllifi 21-ci dəqiqədə Florian Virtz olub.

***00:15

Qarabağ” –  “Liverpul” qarşılaşmasında hesab açılıb. 

Globalinfo.az xəbər verir ki, oyunun 15-ci dəqiqəsində Aleksis Mak Allister komandasını hesabda önə çəkib.

Qarabağ 0 – 1 “Liverpul”

***23:55

QarabağUEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində İngiltərədə “Liverpul”un qonağıdır.

Globalinfo.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən oyunu slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi yeddi oyunda üç qələbə, bir heç-heçə və üç məğlubiyyətlə 10 xal toplayıb və turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Paylaş: