Paşinyanı devirmək istəyən keşiş Baqratın rüsvayçı görüntüsü yayıldı – FOTO

b.galstanyan

Ermənistanda keçirilən aksiyalara rəhbərlik edən Erməni Apostol Kilsəsinin arxiyepiskopu, “müqəddəs” adlandırılan ruhani lider Baqrat Qalstanyanın şərab məclisindən fotosu yayılıb. 

Globalinfo.az xəbər verir ki, onun illər əvvəl çəkildiyi deyilən fotosu sosial şəbəkələrin erməni seqmentində tənqidlə qarşılanıb.

Fotoda B.Qalstanyanın içki məclisində qadınlarla birlikdə dayandığı görünür. Fotonun yoxlanıldığı, orijinal olduğu və keşiş Baqrat üçün rüsvayçılıq kimi dəyərləndirildiyi bildirilib.

Xatırladaq ki, hazırda İrəvanda B.Qalstanyanın rəhbərlik etdiyi “Vətən üçün Tavuş” hərəkatının təşəbbüsü ilə keçirilən genişmiqyaslı aksiyalar davam edir. Qalstanyanın Nikol Paşinyanın yerinə baş nazir olması təklif edilir.

424759366 354876067608364 9060466230027053721 n

Ayşən Mustafa
Globalinfo.az