Qafqazda baş verən hər hadisəni diqqətlə izləyirik – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qafqazda baş verən hər hadisəni diqqətlə izlədiklərini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ərdoğan İzmir şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə dünyada baş verən bütün hadisələrə, o cümlədən Rusiya-Ukrayna müharibəsinə operativ reaksiya verir.

R.T.Ərdoğan söyləyib ki, rəsmi Ankara başqa dövlətlərin yox, öz millətinin iradəsi ilə addımlar atır.