Qafanda çalışmış hüquq müdafiəçisi maraqlı faktlar açdı

novella ozel 12

Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu Sovet dönəmində Qafanda geoloji araşdırmalarla məşğul olduğunu bildirib.

Bu barədə Globalinfo.az-a danışan Novella Cəfəroğlu işi ilə bağlı bəzən Qafanda qalmalı olduğunu qeyd edib.

O, laboratoriyada çalışdığını deyib:

“Mən kimyaçı olaraq geoloqlarımızın gətirdiyi daşları laboratoriyada analiz edirdim. Qafanda yerləşən Mis-Molibden Kombinatını azərbaycanlılar yaradıblar. Oranı bizimkilər tiksə də, ermənilərlə birlikdə çalışırdılar. Lakin ermənilər hamısını məhv ediblər, talayıblar. Maraqlıdır ki, keçmişdə azərbaycanlılarla ermənilərin münasibəti çox gözəl idi. O zaman hər kəs birlikdə çalışar, bir-birinin toyuna gələr, əlaqə yaradılardı. Amma müharibə zamanı azərbaycanlılar gözəl şəraitlərini qoyub çıxdılar”.

N.Cəfəroğlu ermənilərin əsl üzünün 90-cı illərdə göründüyünü vurğulayıb:

“Müharibə zamanı biz əsl erməniləri gördük. Təəssüf ki, o zaman Qafandan min əziyyətlə gələn azərbaycanlıları dünyaya göstərə bilmədik. Millətimizin erməni ilə fərqi odur ki, biz qürurluyuq. Bizimkilər öz ata-baba yurdundan işgəncə ilə çıxarılsalar da, gedib BMT-nin mənzil qərargahı qarşısında qışqır-bağır salıb, sığınacaq tələb etmədilər. Ermənilərə bu gün şans verdiyimiz halda belə əllərində kağız qaçıb gedirlər başqa ölkəyə. Bunların xisləti budur”.

Zaira Akifqızı
Globalinfo.az