Qəzaya düşən sərxoş sürücü xəstəxanada öldü

Tərtərdə 10 gün qabaq qəzaya düşən sürücü xəstəxanada ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, noyabrın 5-də rayonun Zolgörən kəndi ərazisində Məhəmməd Nəbiyev sərxoş vəziyyətdə idarə etdiyi “Azsamand” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə özü və avtomobildə sərnişin qismində olan Ruslan Nəsirov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq sürücü Məhəmməd Nəbiyev noyabrın 15-də xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.