Pxenyan Cənubi Koreya ilə sərhəddə divar çəkir

63c2daf971bdd63c2daf971bde167371442563c2daf971bdb63c2daf971bdc

Pxenyan Cənubi Koreya ilə sərhəddə demilitarizasiya zonası boyu səddin inşasına başlayıb.

Globalinfo.az xəbər verir ki, bunu iki ölkə arasındakı sərhədin yeddi kilometrlik hissəsinin peyk fotoşəkillərinin təhlili göstərib.

Fotoşəkillərdə sərhəd boyu ümumi uzunluğu təxminən 1 kilometrə çatan ən az üç səddin tikildiyi görünür. Onlar sərhədin şərq hüdudlarının yaxınlığında inşa olunub və digər hissələrdə də baryerlərin tikildiyi istisna edilmir.

Ekspertlər əldə edilən görüntülər sayəsində Koreyanın şimalı ilə cənubunu ayıran demilitarizasiya zonasında inşa işlər üçün torpaq sahələrinin təmizləndiyini aşkarlayıblar.

Qeyd edək ki, demilitarizasiya zonası 38-ci paraleldən keçərək KXDR və Koreya Respublikasını ayıran 240 kilometr uzunluğunda və 4 kilometr enində bufer xəttidir. O, 1953-cü ildə ölkələr arasında aktiv hərbi əməliyyatlara son qoyan atəşkəs sazişinin imzalanması nəticəsində yaranıb.