Liviyadakı daşqında ölənlərin sayı 8 mini keçdi


Liviyada “Daniel” qasırğasının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 8 minə çatıb.

Globalinfo.az xəbər verir ki, itkin düşənlərin sayı isə 10 mini ötüb.

Derna şəhərinin bələdiyyə başçısı Əl Ərəbiyyə bildirib ki, şəhər hakimiyyəti bölgədə yağış və daşqın qurbanlarının sayının 20-minə çatacağını gözləyir.

Xatırladaq ki, sentyabrın 10-da Liviyanın şimal-şərqini vuran “Daniel” siklonu sahilyanı şəhərlərə güclü küləklər, leysan və tufanlar gətirib.