Putinlə Ərdoğanın görüşəcəkləri tarix bəlli oldu

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan sentyabrın 4-də Soçidə görüşəcəklər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları “Habertürk” telekanalına istinadən məlumat yayıblar.

Məlumatda Ərdoğan və Putinin sentyabrın 4-də Soçidə danışıqlar aparacaqları qeyd olunub.

Qeyd edək ki, dünən Kremlin sözçüsü Dmitri Peskov Putin-Ərdoğan görüşünün tezliklə baş tutacağını, lakin görüşün harada və nə vaxt keçiriləcəyini açıqlamayıb.