Rusiyanın Novqorod vilayətində, M-10 magistral yolunun Valday şəhəri yaxınlığından keçən hissəsində yük avtomobilləri üçün nəzərdə tutulmuş dayanacaqların üzərində antidron torları quraşdırılıb.
Globalinfo.az xəbər verir ki, məlumata görə, bu qoruyucu konstruksiyalar Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahından təxminən 9 kilometr aralıda yerləşir.
Rusiya KİV-lərinin yazdığına görə, bu cür torlardan döyüş bölgələrində geniş istifadə olunur. Onlar kiçik ölçülü pilotsuz uçuş aparatlarının (PUA) və ya dronlardan atılan sursatların yaratdığı təhlükədən qorunmaq üçün nəzərdə tutulub.
Qeyd olunur ki, antidron torları obyektlərin mümkün hava hücumlarından mühafizəsini gücləndirmək məqsədilə quraşdırılır. Bu tip müdafiə vasitələri son vaxtlar Rusiyanın müxtəlif bölgələrində daha geniş tətbiq edilməyə başlanıb.
Əliyar Xəlil