1fc8ac3d6719f257e86ab8f1daef7e43

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüş üçün Alyaskaya təhlükəsiz və rahat səfəri tənqidlərə səbəb olub. Beynəlxalq Cinayət Məhkəməsinin Putinin barəsində həbs qərarı çıxardığı, lakin ABŞ-ın Roma Statusuna qoşulmaması səbəbindən qərarı icra etmədiyi bildirilir.

Bu, Putinin həbsi məsələsinin artıq beynəlxalq aləmin gündəmindən çıxdığına dair fikirləri gündəmə gətirib.

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır və Roma Statutundan imtina edib:

“Bu səbəbdən Vladimir Putinin ABŞ-a səfəri həm daxili, həm də beynəlxalq müstəvidə müxtəlif istiqamətlərdə dəyərləndirilir. Rusiya hakimiyyəti bu səfəri öz xeyrinə təqdim edərək daxili təbliğatda və müttəfiqləri ilə münasibətlərində siyasi üstünlük kimi istifadə etməyə çalışır.

1671011468 photo 2022 12 14 12 45 42
Fərhad Məmmədov

10 mindən artıq sanksiyanın tətbiq olunduğu bir şəraitdə Rusiya prezidentinin və ABŞ-ın sanksiya siyahısında olan onlarla yüksək vəzifəli rusiyalı məmurun rəsmi Vaşinqtonda qəbul olunması, Qərbin qəbul etdiyi qərarların effektivliyinə dair ciddi suallar doğurur. Bu vəziyyət həm sanksiyaların praktik təsirini, həm də beynəlxalq hüquqi mexanizmlərin siyasi proseslərdəki rolunu yenidən gündəmə gətirir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: