d3047733 3069bd5598be6e256602dba5189c65bf

“Uzaq Şərqdə hava nəqliyyatını inkişaf etdirmək üçün Rusiyanın regional təyyarəyə ehtiyacı var”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O bildirib ki, regionun geniş ərazisini nəzərə alsaq, Uzaq Şərq şəraitində hava daşımaları etmək və ümumilikdə logistikanı planlaşdırmaq asan məsələ deyil.

“Rusiyanın Uzaq Şərqdə hava nəqliyyatını inkişaf etdirmək üçün regional təyyarəyə ehtiyacı var. Lakin onun yaradılmasının vaxtı daim dəyişir. Buna baxmayaraq hava nəqliyyatının inkişafı və yeni marşrutların formalaşdırılması Uzaq Şərq Federal Dairəsi üçün prioritet məsələdir. Uzaq Şərq istiqamətlərinə hava daşımalarının həcmi 10 il ərzində durmadan artır. Sərnişin axını iki dəfə artıb və ötən il 10,5 milyon nəfər təşkil edib”, – deyə Rusiya lideri vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: