Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin yaxın zamanda başa çatacağı ilə bağlı öncəki açıqlamasına münasibət bildirib.
Globalinfo.az bildirir ki, “Kommersant” nəşrinin jurnalisti Andrey Kolesnikovun sualını cavablandıran Putin bir sıra məqamlara toxunub.
O bildirib ki, müharibənin tez bitəcəyini əvvəlcədən ehtimal edib, çünki döyüş meydanında Rusiya qoşunları bütün istiqamətlərdə hücuma keçib.
“Cəbhədəki vəziyyət bizə bu cür düşünməyə əsas verir. Vəziyyət başa çatmağa doğru gedir. Rusiya ordusu yaxın zamanda qələbə qazanacaq”, – deyə Putin bildirib.
Putin həmçinin Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinin hazırda dayandırıldığını təsdiqləyib.
“Bəzi təmaslar qalır. Amma faktiki olaraq danışıqlar mövcud deyil, baxmayaraq ki, biz buna hazırıq. Hərçənd hərbi əməliyyatlar davam etdiyi müddətdə müharibənin bitmə vaxtını dəqiq demək mümkün deyil. Döyüşlər gedən şəraitdə konkret tarix demək düzgün olmaz. Mən də bunu etməyəcəm”, — deyə Rusiya prezidenti vurğulayıb.
Əliyar Xəlil