Putin elan etdi: “Ukrayna dövlətçiliyinə dəhşətli zərbə vurula bilər”

“Ukrayna dövlətçiliyinə dəhşətli zərbə vurula bilər”.

Globalinfo.az xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin səsləndirib. O bildirib ki, Kiyev əks-hücum əməliyyatında uğursuzluğa düçar olub və ölkənin indiki hakimiyyətinin bu siyasəti davam edərsə, Ukrayna dövlətçiliyinə dəhşətli zərbə vurula bilər.

Rusiya prezidentinin sözlərinə görə, Kiyevdə müzakirə olunan Zelenskinin “sülh formulu” əslində Rusiya ilə təmasları qadağan edir:

“Rusiyaya hücumlar Ukrayna xalqına və xarici sponsorlara Moskvaya cavab verməyə qadir olduqlarını göstərmək üçündür. Rusiya qoşunları isə demilitarizasiya tapşırığını yerinə yetirərək hərbi infrastruktura və sənaye komplekslərinə məqsədyönlü zərbələr endirir”, – deyə Rusiya lideri fikirlərini tamamlayıb.

Əliyar Xəlil,

Globalinfo.az