Putin onlayn formada səs verdi

Rusiya Prezidenti Vladimir Putin onlayn formada səs verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, Putin Moskva yaxınlığındakı Novo-Oqarevo iqamətgahındakı ofisində səs verib.

Rusiya lideri öz iş masasının arxasına keçərək kompüter vasitəsilə öz seçimini edib.

“Təşəkkür edirik, uğurla səs verdiniz!” – deyə komputerin ekrarında yazılıb və Putinin səsi qeydə alınıb.

Məlumat üçün bildirək ki, Federasiya Şurasının qərarına əsasən 2024-cü il martın 15, 16 və 17-si Rusiyada prezident seçkiləri keçiriləcək. Seçkilərdə 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır.

Əliyar Xəlil
Globalinfo.az