Putin Ərdoğanla danışmayacaq, lakin… – Peskov

“Hələ ki, Vladimir Putinin gündəliyində Rəcəb Tayyib Ərdoğanla hər hansı telefon danışığı nəzərdə tutulmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

Peskov lazım gələrsə, belə bir əlaqənin təşkil olunacağını bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti rusiyalı həmkarı ilə “taxıl sazişi” mövzusunda telefon danışığı və görüşün keçiriləcəyinə ümid etdiyini açıqlamışdı.

Ayşən Mustafa
Globalinfo.az