Putin bir təbriklə dörd erməni “vurdu” – Mesaj

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Prezidenti Vaaqn Xaçatryan və Baş nazir Nikol Paşinyanı Yeni il münasibəti ilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, Rusiya prezidenti xalqlar arasında əməkdaşlığın inkişaf edəcəyinə əmin olduğunu deyib.

“Ölkələrimiz arasında dostluq, müttəfiqlik münasibətləri və çoxsahəli konstruktiv əməkdaşlığın gələcək mütərəqqi inkişafı xalqlarımızın maraqlarına tam cavab verir”, – Putin bildirib.

Maraqlıdır ki, Rusiya Prezidenti Ermənistanın rusyönümlü siyasətləri ilə seçilən, “Kremlin adamları” olaraq tanınan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı da təbrik edib. Vladimir Putinin Köçəryan və Sərkisyanı təbrik etməsi diqqət çəkib.

Əliyar Xəlil
Globalinfo.az