Putin azərbaycanlı həkimlə bağlı sərəncam imzaladı

Rusiya Prezidenti Vladimir Putin Moskvanın N.V.Sklifosovski adına Elmi-Tədqiqat Təcili Tibbi Yardım İnstitutunun (ETİ) şöbə müdiri Ruslan Bayramovu “Təşəkkürnamə” ilə təltif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Sərəncam Rusiya Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, R.Bayramov əslən azərbaycanlıdır.