Putin erməniəsilli diplomatı işdən çıxardı

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) səlahiyyətli nümayəndəsi Mikayel Ağasəndyanı vəzifəsindən azad edib.  

Globalinfo.az xəbər verir ki, Rusiya prezidenti bununla bağlı fərman imzalayıb.

M.Ağasəndyanın yerinə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzə səfiri Viktor Vasilev təyin edilib.

Fərman imzalandığı gün – 9 aprel tarixindən qüvvəyə minib.

Qeyd edək ki, erməniəsilli M.Ağasəndyan 2021-ci ildə bu vəzifəyə təyin olunub.

Ayşən Mustafa
Globalinfo.az