Obamanın Rusiyaya girişinə qadağa qoyuldu – VİDEO

ABŞ-nin keçmiş prezidenti Barak Obamanın Rusiyaya səfərlərinə qadağa qoyulub. Belə ki, onun adı müvafiq “qara siyahı”ya əlavə edilib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə cümə günü Rusiya Xarici İşlər Nazirliyinə yaxın mənbələrə istinadən məlumat yayılıb.

Məlumata görə, bu, ABŞ-nin anti-Rusiya sanksiyalarına cavab olaraq atılmış addımdır.