putin 12

Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin səhhətində problem yaranması ilə bağlı iddialara cavab verib. 

Globalinfo.az xəbər verir ki, Peskov bu iddiaları “axmaqlıq” adlandırıb.

“Rusiya Prezidenti ilə bağlı hər şey qaydasındadır. Bu, onun haqqında sadəcə uydurmadır”, – Kreml sözçüsü bildirib.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinin ürəyinin dayandığı, daha sonra özünə gəldiyinə dair məlumatlar yayılmışdı.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: