Priqojindən sonra Kremlin hədəfi odur – Bakıya tanış sima…

“Vladimir Solovyov Priqojin və Qirkinin (Donbas separatçılarının rəhbəri) dediklərini təkrarlayır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Sergey Jirnov deyib.

“Onu da həbs edəcəklər, çünki Rusiyada çaşqınlıq olduğunu və heç kimin heç nəyi müdafiə etmədiyini söyləyir.

Bütün qubernatorlarımız düşmənə işləyir, kəşfiyyat və əks-kəşfiyyat düşmənə işləyir, çünki heç nə etmirlər”, – o qeyd edib.

S.Jirnov Solovyovun gec-tez Qirkinlə eyni kameraya salınacağını vurğulayıb.

Qeyd edək ki, rusiyalı aparıcı, jurnalist Vladimir Solovyov anti-Azərbaycan çıxışları ilə tanınır.

Tamerlan Yayaqan
Globalinfo.az